Bakı. Trend:
Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa və MərkəziAsiya–Azərbaycan–Avropa kimi üç “yaşıl” enerji dəhlizinin ümumigücü 10 QVt bərpa olunan enerji səviyyəsinə çata bilər ki, bu daAzərbaycanın gələcək transsərhəd təmiz enerji ötürülməsi üzrə habkimi mövqeyini möhkəmləndirə bilər.
Bu barədə TrendAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən NəcəfinDünya İqtisadi Forumunun rəsmi saytında dərc olunmuş məqaləsinəistinadən xəbər verir.
Qeyd olunur ki, 2014–2023-cü illər dövründə qlobal enerjitəklifi 13 faiz artıb ki, bu da tələbatın davamlı yüksəlişi iləəlaqədardır.
“Sənayeləşmə, əhalinin artımı və iqtisadi inkişaf növbəti 25 ilərzində, xüsusilə inkişaf etməkdə olan ölkələr və İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan Asiyaiqtisadiyyatları tərəfindən tələbatı daha da artıracaq. Bu artım,eyni zamanda, 1990-cı ildən bəri qlobal karbon qazı emissiyalarının77 faiz yüksəlməsinə səbəb olub ki, bu da razılaşdırılmıştədbirlərə təcili ehtiyacın olduğunu vurğulayır. Buna cavab olaraq,140-dan çox ölkə qlobal emissiyaların əksəriyyətini əhatə edənkarbon neytrallığı hədəflərini qəbul edib. Praktiki yanaşma təmizenerjinin sürətlə miqyaslandırılmasını və enerji səmərəliliyininartırılmasını, eyni zamanda mövcud sistemin ekoloji izininazaldılmasını nəzərdə tutur. İqlim dəyişikliyi sərhədtanımadığından, ədalətli keçid üçün kollektiv əməkdaşlıqzəruridir”, – məqalədə deyilir.
SOCAR prezidentinin sözlərinə görə, qlobal iqtisadidəyişikliklər və geosiyasi qeyri-sabitlik fonunda enerjitəhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün prioritetəçevrilib və bu, sistemin etibarlılığına və iqtisadi sabitliyə xələlgətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya edən keçidyanaşmasını formalaşdırır.
“Ölkə ‘Təmiz ətraf mühit və yaşıl artım’ məqsədini ‘Azərbaycan2030’ strategiyasına daxil edib və bərpa olunan energetikanıninkişafına xüsusi diqqət yetirir. Enerji səmərəliliyi fondu ətrafmühitə təsiri azaldan və sektorun effektivliyini artırantəşəbbüsləri kreditlər, qrantlar və subsidiyalar vasitəsilədəstəkləyir. Karbohidrogen sektorundan istifadəni davam etdirməkləyanaşı, Azərbaycan paralel şəkildə bərpa olunan enerjinininkişafını təşviq edir. 2007-ci ildən etibarən təmiz elektrikenerjisi ixracatçısı olan ölkə generasiya imkanlarınınmodernləşdirilməsi və ötürücü şəbəkələrin gücləndirilməsi hesabınaenerji təhlükəsizliyini artırıb. 2023-cü ilə qədər elektrikenerjisi istehsalı 29,3 milyard kVt/saata çatıb ki, bu da sononilliklə müqayisədə 25,5 faiz artım deməkdir”, – məqalədə qeydolunur.
Vurğulanır ki, 2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən,hökumət enerji balansının şaxələndirilməsini və bərpa olunanmənbələrdən elektrik enerjisi istehsalının artırılmasınıplanlaşdırır.
R. Nəcəfin sözlərinə görə, Azərbaycanın qurudakı bərpa olunanenerji mənbələrinin texniki potensialı 135 QVt, dənizdə isə 157 QVttəşkil edir.
Qeyd olunur ki, ölkə 2030-cu ilə qədər generasiya strukturundabərpa olunan enerjinin payını təxminən 40 faizə çatdırmağıhədəfləyir.
“Son beş il ərzində Azərbaycan bərpa olunan enerjinin tətbiqindəəhəmiyyətli irəliləyişlər əldə edib:
Qaradağ Günəş Elektrik Stansiyası (230 MVt) – Xəzər regionununən iri günəş enerjisi obyektidir və 2023-cü ildə istismaraverilib;
Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası – ümumi gücü 270MVt olan 32 stansiya istismara verilib, 500 MVt-a qədərgenişləndirmə planlaşdırılır;
Xızı–Abşeron Külək Elektrik Stansiyası (240 MVt) – ACWA Power vəSOCAR tərəfindən inkişaf etdirilir, tam gücün 2025-ci ilinsonunadək təmin edilməsi gözlənilir;
Biləsuvar (445 MVt) və Neftçala (315 MVt) günəş layihələri –COP29 çərçivəsində maliyyələşmə baxımından tamamlanıb, gözlənilənillik istehsal 1,7 milyard kVt·s-dan çoxdur;
Şəfəq Günəş Elektrik Stansiyası (240 MVt) – azad edilmişərazilərdə ilk sənaye miqyaslı günəş layihəsidir, illik istehsalhəcmi 500 milyon kVt·s təşkil edəcək”, – məqalədə bildirilir.
Məlumata görə, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatlarına əsasən, son beş ildə hidroelektrik stansiyalarındaelektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə12,6 dəfə artıb.
“Milli keçid strategiyaları ölkə hüdudlarından kənarda daregional karbonsuzlaşdırmanın faydaları yarada bilər. Stratejicoğrafi mövqeyi, mövcud ötürücü xətləri və formalaşmış enerjitərəfdaşlıqları nəzərə alındıqda, Azərbaycan Xəzər regionu, MərkəziAsiya və Avropa arasında unikal ‘körpü’ mövqeyi tutur.
Ölkə üç əsas ‘yaşıl’ enerji dəhlizinin inkişafını fəal şəkildədavam etdirir:
Xəzər – Qara dəniz – Avropa
Azərbaycan – Türkiyə – Avropa
Mərkəzi Asiya – Azərbaycan – Avropa.
2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya vəMacarıstan arasında ‘yaşıl’ enerjinin inkişafı və ötürülməsi üzrəStrateji Tərəfdaşlıq Sazişinin imzalanması Avropaya ‘yaşıl’ enerjidəhlizinin açılması istiqamətində mühüm addım oldu”, – məqalədədeyilir.