İkinci Liqa təmsilçisi "Şirvan"da ayrılıq reallaşıb.
Fanat.Az-ın məlumatına görə, sözügedən klub yarımmüdafiəçisi Cavid Nəcizadə ilə vidalaşıb.
2024/2025 mövsümündə Region Liqasında 20 qolla bombardir olan olan futbolçu 2-ci Liqada ümidləri doğrultmayıb. "9 nömrə" meydana çıxdığı 14 matçda cəmi 2 qol vura bilib. Belədə onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Liqanın debütantı olan "Şirvan" fasiləyə 6-cı yerdə yollanıb. Komanda qış hazırlığından sonra 15-ci tura təsadüf edəcək ilk çempionat oyununu səfərdə "Araz Saatlı"ya qarşı keçirəcək.