AZ

Netanyahu: Livanın Hizbullahı tərksilah etmək səyləri kifayət deyil

Livanın Hizbullahı tərksilah etmək üçün göstərdiyi səylər ümidvericidir, amma kifayət deyil.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasında açıq-aşkar qeyd olunur ki, Hizbullah tamamilə tərksilah edilməlidir. Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün bir məcburiyyətdir”,- Netanyahu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Livan ordusu ölkənin cənubunda hərbi-texnikaya tam nəzarəti ələ aldığını elan edib.

Seçilən
33
3
apa.az

4Mənbələr