AZ

Füzuli Ələkbərovdan sonra gündəm oldu Bu məmurların siyahısı varmış

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bundan əvvəl isə şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” MMC-nin ötən ayın sonunda dövlət qarşısında külli miqdarda – 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb. Amma qısa müddət sonra həmin borc ödənilib.

Böyük şirkətlərin vergi borclarına nəzarət necə aparılır? Sabiq məmurlara məxsus şirkətlər üçün fərqli yanaşma varmı?

Globalinfo.az-a danışan iqtisadçı, hüquqşünas Əkrəm Həsənov deyib ki, burada cavab birmənalı deyil:

“Əslində, söhbətin keçmiş məmurlara məxsus şirkətlərdən və ya digərlərindən getməsindən asılı olmayaraq, yanaşma eynidir. Məhkəmə təcrübəmə əsaslanaraq deyə bilərəm ki, vergi orqanları bir çox hallarda vergiləri əsassız şəkildə hesablayır və əsas məqsəd büdcəni doldurmaq olur. Bu cür hallarda sahibkarların bir qismi məsələni məhkəmə qaydasında mübahisələndirir. Əksər hallarda məhkəmələr onların xeyrinə qərar çıxarır. Çünki həqiqətən də vergilər bəzən real əsaslar olmadan hesablanır. Təbii ki, müəyyən hallarda vergi borcu obyektiv səbəblərlə də yaranır. Vergi orqanlarının avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur və bu, kimlərin vergisini ödədiyini, kimlərin yayındığını aydın şəkildə göstərir. Yəni nəzarət mexanizmi kifayət qədər güclüdür”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, bir çox sahibkar, hətta vergi hesablamasının əsassız olduğunu düşündüyü hallarda belə məhkəməyə müraciət etmir:

“Onlar vergi orqanları ilə razılaşma yolunu seçirlər. Xüsusilə keçmiş məmurlara məxsus şirkətlərdə bu tendensiya daha qabarıq görünür. Belə ehtimal var ki, məhz bu kateqoriyaya aid şirkətlərə daha çox vergi hesablanır, çünki onların məhkəməyə müraciət etməyəcəyi düşünülür. Eyni zamanda vergi borcu əsaslı və ya əsassız olmasından asılı olmayaraq, vergi orqanları dərhal sahibkarın bank hesablarına həbs qoyur və sərəncam tətbiq edir. Bu isə şirkətin fəaliyyətini faktiki olaraq iflic edir. Məhkəmə prosesləri illərlə davam etdiyinə görə sahibkar bu müddət ərzində normal fəaliyyət göstərə bilmir və nəticədə müflis olur. Bu səbəbdən bir çox sahibkarlar uzunmüddətli məhkəmə çəkişmələri əvəzinə, vergini ödəyib məsələni bağlamağa üstünlük verirlər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
globalinfo.az

1Mənbələr