
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə hörmət əsasında danışıqlara hazır olduqlarını açıqlayıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, nazir bu barədə Livanın Beyrut şəhərində keçirilən mətbuat konfransındakı çıxışında danışıb.
Əraqçi danışıqların qarşılıqlı hörmət və maraqlar prinsipə əsaslanmalı olduğunu deyib və müvafiq məqamda İslam Respublikasının müharibəyə də hazır olduğunu vurğulayıb.
Həmçinin o, Livana səfərinin məqsədinin ikitərəfli əlaqələri genişləndirmək və İsrailin regional təhlükəsizliyə yaratdığı "təhdidlər və çətinliklər"i müzakirə etmək olduğunu bildirib.
İlahə Qənbərli
Missiya.Az