ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu dəfə orta təbəqənin də etirazlara qoşulması vəziyyəti daha da kritik hala gətirib
İran son günlərdə həm daxili, həm də xarici problemlərlə üz-üzədir. Ölkədəki siyasi idarəetmə, iqtisadi çətinliklər və cəmiyyətdə artan narazılıq müşahidə olunur. Eyni zamanda bölgədə baş verən hadisələr və böyük dövlətlərin mövqeyi İranın hazırkı vəziyyətini və gələcəyini daha çox diqqət mərkəzinə gətirir.
Ölkədə siyasi və iqtisadi problemlər fonunda cəmiyyətdə narazılıq artır, Xamenei əleyhinə etirazlar güclənir. Etiraz dalğası artıq Cənubi Azərbaycana da yayılıb. Baş verən hadisələr İran daxilində vəziyyətin getdikcə nəzarətdən çıxdığını göstərir:
Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a İranda 1979-cu ildən bu yana, təxminən 45-50 ildir davam edən mövcud idarəetmənin uzatma dövrünü yaşadığını söyləyib:
"Cəmiyyət üzərində artan təzyiq, iqtisadi problemlər, insanların hüquq və azadlıq tələbləri-bir sözlə, daxili dinamikalar ölkə daxilində rejimə qarşı hərəkatları getdikcə gücləndirib.
Son illərdə, Mehsa Əmini hadisəsində, İsrailin son hücumları fonunda göründüyü kimi, rejim tədricən gücünü itirməyə başlayıb. Ümumiyyətlə, bu tip avtokrat və despotik idarəetmələr müəyyən zaman kəsiyində öz-özünə zəifləyərək dağılmağa meylli olur.
İranda daxili dinamikalarla yanaşı, xarici amillər də mövcuddur. Xüsusilə İsrail və ABŞ-nin bölgədəki fəaliyyəti İran rejimini birbaşa hədəfə çevirir.
HƏMAS-ın həyata keçirdiyi hücumdan sonra Netanyahu “müqavimət oxunu” və onun sponsoru olan Tehran rejimini devirmək niyyətində olduqlarını açıq şəkildə bəyan etdi".
Analitik İranda rejimin devriləcəyini vurğulayıb. Tehranda hər an hər şey baş verə bilər:
"Ötən payız Netanyahu İran xalqına müraciət edərək, rejimin yaxın zamanda devriləcəyini, yəhudi və fars xalqları arasında münasibətlərin isə keçmişdə olduğu kimi yenidən yaxşı səviyyəyə çatdırılacağını bildirdi.
Demək olar ki, hamı İranda rejimin devriləcəyi ilə bağlı proqnozlar irəli sürür. Mən də bu fikirdəyəm. Bu dəfə orta təbəqənin də etirazlara qoşulması vəziyyəti daha da kritik hala gətirib. Üstəlik, kürdlərin də ilk dəfə bu cür hadisələrdə rejimə qarşı açıq mövqe sərgiləməsi olduqca mühüm bir inkişafdır.
Bütün bunları nəzərə alsaq, Tehranda və ümumilikdə İranda hər an hər şey baş verə bilər. Hətta rejim yenidən müvəqqəti sabitlik və ya nizam yaratsa belə, yaxın gələcəkdə oxşar etirazlarla yenidən qarşılaşacağıq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.