AZ

Soyuq havada avtomobildə qalan qazlı içki donaraq partladı; salon yararsız hala düşdü VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Soyuq hava şəraitində avtomobildə unudulan qazlı içki ciddi problemlərə yol aça bilər. 

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobildə qalan qazlı içki bankasının partladığı və nəticədə nəqliyyat vasitəsinin salonuna ciddi ziyan dəydiyi görünür.

Məlumata görə, qazlı içki əvvəlcə donub, daha sonra isə partlayaraq avtomobilin içərisinə yayılıb. Nəticədə oturacaqlar, idarəetmə paneli, ölçü cihazları və digər daxili hissələr yapışqan qalıqlar və çirklə örtülüb. Bəzi görüntülərdə salonun demək olar ki, yararsız hala düşdüyü, döşəmə və panellərdə zədələrin yarandığı da diqqət çəkir.

Mütəxəssislər bildirirlər ki, qazlı içkilər soyuq havada donduqda həcmi genişlənir. Bu da qutu və ya şüşənin təzyiqə tab gətirməyərək partlamasına səbəb olur. Nəticədə yalnız çirklənmə deyil, həm də avtomobilin daxili hissələrinə maddi ziyan dəyə bilər.

Ekspertlər sürücülərə xəbərdarlıq edərək bildirirlər ki, qış aylarında avtomobildə qazlı içkilər, su və digər mayelər saxlanılmamalıdır. Bu cür xırda görünən ehtiyatsızlıq sonradan bahalı təmir və təmizləmə xərclərinə səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
avtosfer.az

1Mənbələr