İranda etirazlar şiddətlənir: Bank binasına HÜCUM
Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, aksiya zamanı etirazçılar bank binasına daxil olaraq orada saxlanılan kağız sənədləri məhv ediblər. Son günlər ölkə daxilində davam edən etirazlar fonunda hökumət və maliyyə qurumlarının binaları etirazçıların hədəfinə çevrilməkdə davam edir. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib. Vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.