futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Zədə “epidemiyasından” əziyyət çəkən “Turan Tovuz”da sıraya dönənlər var. Onlardan biri də Xəyal Nəcəfovdur. Yarımmüdafiəçi dekabrın 22-də İstanbulda qasıq nahiyyəsindən əməliyyat olunmuşdu.
Nəcəfov komandanın Antalyadakı təlim-məşq toplantısına qatılıb.
Fərdi məşqlər keçən futbolçu “Futbolpress.az”a açıqlamasında dedi ki, komanda ilə məşqlərə qoşulmağa hazırdır:
“Həkim və məşqçilər deyir ki, ayın sonu, gələn ayın əvvəli tam hazır olacam”.
Xəyal bu mövsüm Premyer Liqada 8 oyunda 1 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.