Ajans.az İHA-ya istinadən xəbər verir ki, bölgədə artan gərginliyin son hadisəsi Abana rayonu sahillərindən təxminən 30 mil aralıda qeydə alınıb. “Elbus” adlı neft tankeri gözlənilmədən dron hücumuna məruz qalıb və pilotsuz uçuş aparatının gəminin yuxarı hissələrinə dəyməsi nəticəsində zədələnib. Hadisədən sonra Sahil Mühafizəsi Komandanlığına məxsus qruplar tankerdən daxil olan təcili yardım çağırışı əsasında dərhal əraziyə cəlb olunub. Təhlükə altında olan gəmi sahil mühafizə qüvvələrinin nəzarəti altında İnebolu sahil sularına təhlükəsiz şəkildə istiqamətləndirilib. Neft tankeri hazırda İnebolu rayonunun Erkekarpa kəndi yaxınlığındakı lövbər salma sahəsində nəzarət altında saxlanılır. Səlahiyyətli qurumlar gəmiyə dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün araşdırmalara başlayıb və hadisə ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib.