Almaniya nəhəngi "Bavariya" 25 yaşlı israilli qapıçısı Daniel Peretsin müvəqqəti olaraq klubdan ayrıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı karyerasını İngiltərənin "Sauthempton" klubunda davam etdirəcək. Premyer Liqa təmsilçisi Peretsi cari mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, israilli qolkiper mövsümün ilk hissəsini Almaniyanın "Hamburq" klubunda keçirib. Daniel Perets 2023-cü ildə "Makkabi Hayfa"dan “Bavariya”ya transfer olunub.
"Sabah" serbiyalı legioneri ilə yollarını ayırıb
Palinya “Tottenhem”də qalmaq istəmir
“Mançester Siti”də ciddi itki - Qvardiola açıqladı
İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır
Xabi Alonso üçün son şans: Derbiləri udmasa...