AZ

“Azərişıq” ASC-nin Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifədən azad edilib

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, N. Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.
Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.

Seçilən
114
9
apa.az

10Mənbələr