AZ

Rusiyada tibbi müayinədən imtina edən miqrantlar deportasiya edilə bilər



Rusiyaya gələn xarici vətəndaşların tibbi müayinədən yayınması halında, məhkəmə qərarı əsasında ölkədən deportasiya edilmə ehtimalı ilə cərimələnməsi planlaşdırılır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, bu prosedur Rusiyaya üç aydan çox müddətə gələn bütün xarici vətəndaşlara şamil ediləcək. Eyni zamanda, məcburi tibbi müayinə müddətinin 90 gündən 30 günə endirilməsi təklif olunur.

Bundan əlavə, başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən sənədlərin saxtalaşdırılması və dəyişdirilməsinə görə cinayət məsuliyyətinin gücləndirilməsi nəzərdə tutulub.

Anar
Seçilən
27
newscenter.az

1Mənbələr