AZ

Şalva Papuaşvili: “Gürcüstanın 1,12 milyon vətəndaşı Konstitusiyaya zid fəaliyyət göstərən siyasi partiyaların ləğvini tələb edir”

Tbilisi, 8 yanvar, AZƏRTAC

“Gürcüstanda bəzi siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçki vədi idi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamsında deyib.

"Biz gözləmə rejimindəyik. Proseslərin planlaşdırılmasını gözləyirik. Bizim mülahizəmizə görə, üç partiyanın fəaliyyəti konstitusiyaya ziddir. Bu iddianın arxasında parlament çoxluğu və ya bu şikayəti imzalayan parlament üzvləri deyil, Gürcüstanın 1,12 milyon vətəndaşı, onların mandatı dayanır” – deyə, Papuaşvili vurğulayıb.

Papuaşvilinin sözlərinə görə, qadağan edilməsi tələb olunan partiyaların arxasında duran insanların da konstitusiyaya zidd əməlləri ortaya çıxsa onların barəsində də tədbir görüləcək.

Qeyd edək ki, Gürcüstan Konstitusiya Məhkəməsi üç siyasi birliyin qadağan edilməsi ilə bağlı iddianı 2025-ci noyabrın 4-də dərc edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
74
1
azertag.az

2Mənbələr