AZ

"Azərişığ"ın Naxçıvan nümayəndəliyinin rəhbəri işdən çıxarıldı

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.

MilliYol.az xəbər verir ki, "Azərişığ"ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.

Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib.

Seçilən
107
3
milliyol.az

5Mənbələr