İtaliya millisinin sabiq üzvü Mario Balotelli karyerasını "Əl-İttifaq"da (BƏƏ) davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
35 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi ilə müqavilə imzalayıb. Anlaşma 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Balotellinin "Əl-İttifaq" oyunçusu kimi rəsmi təqdimat mərasiminin 10 yanvar tarixində baş tutacağı gözlənilir.
"Əl-İttifaq" hazırda Səudiyyə Ərəbistanı çempionatında 15-ci yerdədir.
Xatırladaq ki, Balotelli karyerası ərzində "Milan", "İnter", "Mançester Siti" və "Liverpul" kimi Avropa nəhənglərinin şərəfini qoruyub.