AZ

Təcili yardım işçilərinin maaşları artacaq

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Qazaxıstanda cari il ərzində təcili yardım işçilərinin maaşları artacaq.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə səhiyyə nazirinin birinci müavini Timur Sultanqaziyev məlumat verib.O bildirib ki, 2026-cı ildə Qazaxıstanda tibb işçilərinin maaşları artacaq və onların hüquqi müdafiəsi gücləndiriləcək. Nazir müavininin sözlərinə görə, son illərdə səhiyyəyə dövlət xərcləri təxminən üç dəfə artaraq 2025-ci ildə 3 trilyon tengəyə çatıb."Qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində tibb işçilərinə və təcili yardım sürücülərinə qarşı rəsmi vəzifələrini yerinə yetirərkən zorakılığa görə fərdi cinayət məsuliyyəti tətbiq olunur və həkimlərin peşə məsuliyyətinin sığortalanması mexanizmi işə salınıb",-deyə Timur Sultanqaziyev bildirib.O qeyd edib ki, 2026-cı ildən başlayaraq yoluxucu xəstəliklər və təcili tibbi yardım işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulur.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
newscenter.az

1Mənbələr