AZ

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

Bakı. Trend:

Ötən il "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləriüzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkiledib.

Trend BFB-yəistinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,333 milyardmanat və ya 10,3% azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 29 585olub ki, bu da 2024-cü illə müqayisədə 42 145 vahid və ya 2,4 dəfəazdır.

BFB-nin dövriyyəsinin 50,633 milyard manatı repoəməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 10,3 milyardmanat və ya 16,9% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manatabərabər olub.

Seçilən
79
3
az.trend.az

4Mənbələr