AZ

Cümhuriyyəti təbrik edən xanımlar onlar kim idi? ANONS, VİDEO

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

106 il bundan əvvəl, 1920-ci il yanvarın 10-da Paris Sülh konfransının Ali Şurası Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıyıb.

1920-ci ilin yanvarında xalqımızın əzmi, iradəsi, qurucu babaların millət sevgisi və fədakarlığı sayəsində yaranmış Azərbaycan Cümhuriyyət qısa müddətli mövcudluğunun şərəfli, məsud  günlərini yaşayırdı. Ayın 10-da Paris sülh konfransının Ali Şurası Rusiya əsarətindən azad olmuş Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. Yanvarın 12-də Bakıya çatan xəbər xalq arasında hədsiz sevinc, qeyri-adi coşqunluq və qürur doğurmuşdu. Qışın oğlan çağı olmasına baxmayaraq şəhərdə yalnız siyasi hərarət yüksəlməmişdi. İnsanların gözlərinə işıq, ürəklərinə istilik və təpər gəlmişdi.

Cümhuriyyət Parlamentinin yanvarın 14-də keçirilən təntənəli iclasında dövlət və hökumət nümayəndələrinin, siyasi partiya liderlərinin biri-birindən inamlı, qətiyyətli çıxışları səslənmişdi. Ölkənin xoşbəxt, firavan gələcəyi ilə bağlı ümidlər, vədlər dilə gətirilmişdi. Azərbaycan vətəndaşlarından, dost ölkələrin ictimai-siyasi qurumlarından, diplomatik dairələrdən alınan teleqramlar oxunmuşdu.

Onlardan birinin mətni belə idi:

“Zəhmətkeş müsəlman qadınlarının bir dəstəsindən.

Gənc Azərbaycanı qazandığı müstəqilliyin möhkəmlənməsi bayramı münasibəti ilə salamlayır və ümid edirik ki, nəhayət müsəlman qadını da bu azadlığın kölgəsində çoxəsrlik cəhalət və hüquqsuzluqdan qurtarmağa nail olacaq.

Eynülhəyat Usubbəyova

Səlimə Yaqubova

Sara xanım Xuramoviç

Məryəm xanım Muxtarskaya

Gülsüm Sübhanqulova

Fusa Dudarova

Q.S.Məlikova”.

Azərbaycan Cümhuriyyətinin dünyanın bir çox inkişaf etmiş, demokratiya ənənələrinə malik dövlətini qabaqlayaraq hələ 1918-ci ildə qadınlara seçki hüququ vermişdi. Təbi ki, açıq fikirli, ziyalı xanımlar bu tarixi hünər qarşısında borclu qala bilməzdi. Ona görə də sevinc və sevgilərini birincilər sırasında bölüşmüşdülər.

Kim idi Cümhuriyyət sevdalısı xanımlar?

BU BARƏDƏ “525-Cİ QƏZET”in SABAHKI – 9 YANVAR SAYINDA VİLAYƏT QULİYEVİN MƏQALƏSİNDƏ OXUYA BİLƏRSİNİZ! 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
525.az

1Mənbələr