AZ

Xəritələrdə Afrika ilə bağlı yanlışlığa yol verilib

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uzun illərdir qəbul edilmiş adi xəritələr Afrikanın digər qitələrlə müqayisədə nisbətən çox kiçik olduğu qənaətini yaradıb.

Reyting.az xəbər verir ki, alimlərin hazırladığı yeni infoqrafika əvvəlki elmi yanaşmaların, hesablamaların, müxtəlif dövrlərdə çəkilən böyük xəritələrin əksəriyyətinin tamamilə nöqsanlı olduğunu sübuta yetirib.

Tədqiqatçılar bildiriblər ki, Afrika qitəsinin ölçülərini dünyanın bir çox ölkələri və müxtəlif regionları ilə yenidən müqayisə etdikdə fərqli mənzərə üzə çıxır.

Elm adamlarının qeyd etdiyi kimi, Merkator proyeksiyasının yaratdığı təhrif səbəbindən Afrika qitəsi Avrasiya ilə müqayisədə daha kiçik görünür.

Dünyanın ən böyük ölkəsi olan Rusiyanın sahəsi 17 milyon kvadrat kilometrdən bir qədər çoxdur, üstəlik, Afrikadan kiçikdir.

Alimlər müqayisə üçün xatırladıblar ki, ABŞ 9,8 mln kv. km, Çin 9,6 mln kv. km, Braziliya 8,5 mln kv. km sahələri ilə birlikdə Afrikanın ərazisinə sığa bilərdi, eyni zamanda 3,3 milyon kvadrat kilometr əraziyə malik olan Hindistana "qara qitə"də yer qalmazdı.

Mütəxəssislərin sözlərinə görə, Afrikanın ərazisində Avropanın (Rusiyanın Avropa hissəsi istisna olmaqla) təxminən beş dəfədən çoxunu rahatca yerləşdirmək mümkün olardı.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
reyting.az

1Mənbələr