AZ

Almaniyanın Albstadt şəhərində partlayış nəticəsində yaşayış binası çöküb

Berlin, 8 yanvar, AZƏRTAC

Almaniyanın Baden-Vürtemberq əyalətinin Albstadt şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində bina tamamilə çöküb.

AZƏRTAC “Stern” nəşrinə istinadla xəbər verir ki, hadisə zamanı binada bir ailənin olduğu bildirilir. Üç nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda həlak olan və ya xəsarət alan şəxslərlə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən, polis və digər qurumların əməkdaşları cəlb olunublar.

Binanın yerləşdiyi küçəyə qaz təchizatı dayandırılıb. Partlayışın təsirindən ətrafdakı evlərə də ziyan dəyib. Yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.

Hazırda partlayışın səbəbləri araşdılır.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
83
azertag.az

1Mənbələr