Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov (2730) 19-cu pillədə qərarlaşıb. Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadı. Aydın Süleymanlı (2628) isə ilk "100-lük"dən kənarda qalıb. 20 yaşlı qrossmeyster 101-ci yerdə qərarlaşıb. Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.
Qadınlardan Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədi. Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2613) liderdi.
FİDE dünyanın kişi və qadın yığmalarının reytinqini də açıqlayıb. Yığma reytinqi hər ölkənin ən güclü 10 kişi və qadın şahmatçısının əmsalına əsaslanır. Ölkəmizin kişilərdən ibarət yığmasının orta reytinqi 2625-di. Yığma bu nəticə ilə bir pillə irəliləyib və hazırda 7-ci yerdədi. 2299 əmsala malik qadınlardan ibarət yığma isə dünya sıralamasında 11-ci yerdədi. Azərbaycan qarışıq reytinqdə (2462) 9-cu pillədə qərarlaşıb.
Kişilər arasında reytinq cədvəlinə ABŞ (2727), qadınlar arasında isə Çin (2495) başçılıq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta