
“Türkiyə olaraq prioritetimiz Suriyada sabitliyi təmin etməkdir”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan omanlı həmkarı Seyyid Bədr Həməd Əl Busaidi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Suriya Demokrtaik Qüvvələri (SDQ) separatizmə və terrorizmə son qoymalıdır. Onların əlində olanı saxlamaqda israr etməsi Suriya üçün maneədir.
"Biz suriyalı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Görmək istədiyimiz şey sabitlik və regional sülhdür. İsrailin regional ekspansionizmi əks mənzərəni təqdim edir. Bu, dəyişməlidir. Ümid edirik ki, Türkiyə, Suriya və ABŞ arasındakı müzakirələr Suriyanın regional bütövlüyünə doğru inkişaf edəcək”, - deyə siyasətçi vurğulayıb.
Fidan qeyd edib ki, əgər SDQ inteqrasiyanı həyata keçirsəydi, biz bunların heç birini görməzdik. Suriya hökuməti indi öz yaralarını sağaldır və müəyyən ərazilərdə xalqına xidmət göstərir. SDQ də buna öz töhfəsini verməlidir.
Daşqın HəsənovMissiya.Az