Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dairmüraciət yayıb.
Trend xəbərverir ki, müraciətin mətni Ombudsman Aparatının rəsmi saytında dərcedilib.
Bildirilib ki, Ombudsman Aparatı tərəfindən aparılanaraşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmışonlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox”platformasının yaratdığı risklər ciddi narahatlıq doğurur. Hazırkıdövrdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr yalnıztexnoloji məsələ deyil, insan hüquqları müstəvisindəqiymətləndirilməli olan ciddi problemə çevrilmişdir.
Aparılan müşahidələr, mediada yayımlanan materiallar vəmütəxəssis rəyləri göstərir ki, sözügedən platformada uşaqlartexniki risklərlə üzləşməklə yanaşı, həm də psixoloji manipulyasiyahallarının birbaşa təsiri altına düşürlər. Xüsusilə bullinq(təzyiq, təhqir və sosial təcridetmə), qruminq (uşaqlarınetibarının mərhələli şəkildə qazanılaraq manipulyasiya edilməsi),emosional istismar, qorxu və asılılıq yaratmağa yönəlmişdavranışlar geniş yayılmış təhlükəli tendensiyalardandır. Bu cürpsixoloji manipulyasiya formaları uşaqlarda özünəinamınzəifləməsinə, stress, təşviş, qorxu, davranış pozuntuları vəuzunmüddətli psixoloji travmalara səbəb ola bilir ki, bu da uşaqhüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.
Qeyd edilməlidir ki, bu məsələ yalnız milli səviyyədə deyil,beynəlxalq miqyasda da ciddi problem kimi qiymətləndirilmişdir.Məhz müvafiq təhlükələr səbəbindən bir sıra dövlətlər, o cümlədənÇin, Rusiya, Türkiyə, İordaniya, Qətər, Oman, İraq və digər ölkələrtərəfindən “Roblox” platforması qadağan edilmiş və yaməhdudlaşdırılmış, platformada uşaqlar üçün uyğun olmayan kontentvə qarşılıqlı ünsiyyət formalarının mövcudluğu, yetkinlik yaşınaçatmayanlar arasında yolverilməz və ekstremist məzmunlumaterialların yayılması, eləcə də uşaqların təhlükəsizliyi iləbağlı narahatlıqlar əsas kimi göstərilmişdir.
Beləliklə, uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsalplatformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması,effektiv moderasiya mexanizmlərinin olmaması, şəxsi məlumatlarınqorunması sahəsində boşluqlar və maliyyə manipulyasiyası riskləriuşaqların hüquqlarının pozulmasına zəmin yaradır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətinəsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir və uşaqhüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaqhüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdəninkişaf etmək hüququ vardır və dövlət bu şəraiti təmin edəniqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam vətəhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən, uşaqların mənafelərinin üstüntutulması, onların hüquq və azadlıqlarının təmin olunması, zərərliinformasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədəninformasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşıtörədilən hüquqpozmaların qarşısının alınması və digər qeyd olunmuşprinsiplər uşaqların zərərli informasiyadan qorunmasının əsasprinsipləri kimi təsbit edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarınıuşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədiləonlayn platformalar üzərində nəzarət mexanizmləriningücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasıvə preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruritədbirlər görməyə çağırıram.
Eyni zamanda, valideynlərə (onları əvəz edən şəxslər) müraciətedərək bildirirəm ki, uşaqların rəqəmsal platformalardan istifadəetmələrinə diqqətlə yanaşılması, valideyn nəzarəti mexanizmlərinintətbiq edilməsi, uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması vəonların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədəmaarifləndirilməsi zəruridir.
Bununla yanaşı, media subyektlərinin və jurnalistlərin də bumövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqlarınmənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasındanyanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsiolduqca vacibdir.
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyininəhəmiyyətini bir daha vurğulayaraq, aidiyyəti qurumları və vətəndaşcəmiyyəti institutlarını bu istiqamətdə zəruri tədbirlər görməkləuşaq hüquqlarının daha etibarlı müdafiəsinə birgə nail olmağaçağırıram”, - deyə müraciətdə qeyd edilib.