AZ

Premyer Liqa klubu iki futbolçu transfer edib – Bir neçəsi ilə danışıq aparır

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Karvan-Yevlax” klubu transfer çalışmalarını davam etdirir.

Bu barədə İdmanxeber.az saytına komandanın baş məşqçisi Füzuli Məmmədov məlumat verib. O bildirib ki, mövsümün yarısını “Sumqayıt”da keçirən Rauf Rüstəmli ilə “Mingəçevir”də çıxış edən Samir Abdullayevlə ortaq məxrəcə gəlinib.

Adıçəkilən iki futbolçu da klubun düşərgəsindədir.

Məmmədov daha bir neçə futbolçu ilə danışıqların getdiyini də vurğulayıb.

Təcrübəli mütəxəssis yaxın günlərdə danışıq aparılan futbolçularla məsələnin yekunlaşacağını da sözlərinə əlavə edib. 

Seçilən
35
idmanxeber.az

1Mənbələr