Bakı Fond Birjasında 2025-ci ildə 63.8 mlrd. manatlıq cəmi əməliyyat aparılıb ki, bu da 2024-cü ilin 71.2 mlrd. manatı ilə müqayisədə təxminən 10.3% azalma deməkdir.
Banker.az bunu BFB-nin təqdim etdiyi hesabata istinadən xəbər verir.
Ən diqqətçəkən artım dövlət qiymətli kağızları bazarında qeydə alınıb. Bu seqment üzrə əməliyyatlar illik müqayisədə təxminən 58% artaraq 5.9 mlrd. manatdan 9.3 mlrd. manata yüksəlib. Artım əsasən təkrar bazarın hesabına formalaşıb. Təkrar bazarda dövriyyə 1.1 mlrd. manatdan 4.5 mlrd. manata qalxaraq 4 dəfədən çox artıb, ilkin bazarda isə həcmlər demək olar ki, dəyişməyərək 4.8 mlrd. manat səviyyəsində qalıb.
Mərkəzi Bankın notları üzrə əməliyyatlar əksinə, kəskin azalıb. Bu alətlər üzrə ümumi dövriyyə 2 mlrd. manatdan 1.4 mlrd. manata enərək təxminən 30% azalma göstərib.
Korporativ qiymətli kağızlar bazarında ümumi mənzərə nisbətən sabit qalıb. 2025-ci ildə dövriyyə 1.08 mlrd. manat olub ki, bu da əvvəlki illə müqayisədə təxminən 5% artım deməkdir. İlkin bazarda həcmlər dəyişməz qalsa da, təkrar bazarda artım müşahidə edilib. Xüsusilə korporativ istiqrazlar üzrə dövriyyə həm ilkin, həm də təkrar bazarda yüksəlib, səhm əməliyyatları isə ümumi həcmdə hələ də çox kiçik paya malikdir.
Ən böyük geriləmə REPO əməliyyatlarında müşahidə olunub. 2025-ci ildə REPO bazarının həcmi 60.9 mlrd. manatdan 50.6 mlrd. manata düşərək təxminən 17% azalıb. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, dövlət istiqrazları üzrə REPO əməliyyatları 24.8 mlrd. manatdan 38.0 mlrd. manata yüksəlsə də, korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatları 34.6 mlrd. manatdan 11.9 mlrd. manata enib və ümumi azalmaya əsas təsiri məhz bu faktor göstərib.
Bazarlar/Əməliyyatlar Əqdlərin Həcmi, manatla 2025-ci il 2024-cü il 1. Dövlət Qiymətli Kağızları 9,288,188,552 5,875,695,950 1.1 İlkin Bazar 4,821,701,000 4,790,430,211 1.2 Təkrar Bazar 4,466,487,552 1,085,265,739 2. ARMB Notları 1,393,923,385 1,988,709,024 2.1 İlkin Bazar 1,350,713,188 1,666,669,528 2.2 Təkrar Bazar 43,210,197 322,039,496 3. Korporativ Qiymətli Kağızlar 1,084,381,402 1,030,158,176 3.1 İlkin Bazar 801,284,408 804,375,190 Səhmlər 7,680,160 70,675,059 İstiqrazlar 793,604,248 733,700,131 3.2 Təkrar Bazar 283,096,994 225,782,986 Səhmlər 15,772,832 12,473,996 İstiqrazlar 267,324,162 213,308,990 4. İpoteka İstiqrazları 1,423,967,678 1,340,001,663 4.1 İlkin Bazar 650,404,587 600,160,831 4.2 Təkrar Bazar 773,563,091 739,840,832 5. REPO Əməliyyatları 50,633,099,330 60,922,248,406 Dövlət İstiqrazları üzrə 38,036,440,802 24,768,933,291 ARMB Notları üzrə 741,362,934 1,542,515,750 Korporativ Qiymətli Kağızlar üzrə 11,855,295,594 34,580,796,531 İpoteka İstiqrazları üzrə – 30,002,834 Cəmi (1+2+3+4+5) 63,823,560,346 71,156,813,220 İlkin Bazar 7,624,103,182 7,861,635,759 Təkrar Bazar 5,566,357,834 2,372,929,054