Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Çinin son illər dünya onlayn satış bazarına sürətlə daxil olan və qloballaşan elektron ticarət platformalarından biri “Temu”dur. Platformada müxtəlif aksesuarlar, texniki məhsullar, ev alətləri, süvenirlər və milli atributlar satışa çıxarılır. Bu məhsulların hazırlanması birbaşa “Temu” tərəfindən deyil, müxtəlif şirkətlər məsələn, yerli biznesmenlərin sifarişi əsasında həyata keçirilir”.Bu sözləri Demokrat.az-a açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.O deyib ki, məqsəd həmin məhsulları dünya alıcılarına təqdim etməkdir:“Son günlər Azərbaycanda müzakirə olunan milli atributlarla bağlı əşyalar insanlarda geniş etiraz doğurub. “Temu”da bu elanların azərbaycanlı işbazların sifarişi ilə olub-olmaması dəqiq məlum deyil, lakin hər halda belə addımlar bizim milli və mənəvi dəyərlərimizə təsir göstərir. Amerikada bayrağın müxtəlif məhsullarda istifadəsi normal qarşılanır, lakin Azərbaycanda milli atributlara xüsusi həssaslıq var. Azərbaycanın tarixi müstəqilliyi nisbətən yeni olduğu üçün xalq zəfərlə bağlı hər hansı simvol və atributlara xüsusi diqqət göstərir. Şəhidləri olan, 30 il ərzində torpaqlarının 20 %-i düşmən tapdağı altında qalan bir xalq üçün zəfər və milli atributlar mövzusu həssasdır. Novruz Bayramı və digər milli bayramlarla bağlı milli atributlar dünya bazarında geniş istifadə olunur, lakin Azərbaycanda bəzi məhsullar bu qədər diqqət çəkir”.O bildirib ki, bu, milli psixologiyadan və muhafizəkar düşüncə tərzindən irəli gəlir:“Dünyanın bir çox ölkələrində, məsələn, Türkiyədə Atatürk və bayraq, İngiltərədə kral ailəsi ilə bağlı mövzulara həssas yanaşılır. Hətta ABŞ-da prezident düzgün olmayan foto və pozalarla bağlı media vasitəsilə imicini qoruyur. Azərbaycan xalqının “Temu”da satışa çıxarılan milli atributlara etirazı başa düşüləndir. Bu etiraz həm dövlət, həm ictimaiyyət, həm də fərdi vətəndaş səviyyəsində bildirilməlidir. Məqsəd milli atributların şərəfini qorumaq və gələcəkdə oxşar halların qarşısını almaqdır. Bütün hallarda “Temu”ya öz etirazımızı bildirməliyik. Bu etirazı həm dövlət, həm də ictimaiyyət səviyyəsində ifadə etməliyik. Bizim şərəfimiz sayılan bayraq və zəfər atributlarının bu cür əşyalar üzərində istifadə olunmasına imkan verilməməlidir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.