AZ

Livanın "Hizbullah"ın tərksilah edilməsi üzrə səyləri yetərli deyil - İsrail

Bakı. Trend:

İsrail Livan hakimiyyətinin “Hizbullah” hərəkatının hərbiqanadının tərksilah edilməsi istiqamətində gördüyü tədbirləriyetərli hesab etmir, lakin Beyrutun addımlarında “ümidvericibaşlanğıc” görür.

Trend xarici KİV-əistinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri BenyaminNetanyahunun ofisinin bəyanatında deyilir.

“Bu istiqamətdə Livan hökuməti və Livan Silahlı Qüvvələritərəfindən görülən tədbirlər ümidverici başlanğıcdır, lakin İranındəstəyi ilə ‘Hizbullah’ın yenidən silahlanmaq və terrorçuinfrastrukturunu bərpa etmək cəhdləri göstərir ki, bunlar qətiyyənyetərli deyil”, – bəyanatda qeyd olunur.

Bəyanata əsasən ABŞ-nin vasitəçiliyi ilə İsrail dövləti ilə ərəbrespublikası arasında əldə olunmuş atəşkəs razılaşması‘Hizbullah’ın tam şəkildə tərksilah edilməsini açıq şəkildə nəzərdətutur. “Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün sondərəcə vacibdir”, – Netanyahunun ofisinin bəyanatında deyilir.

Məqalədə:
Seçilən
66
az.trend.az

1Mənbələr