AZ

“İmarət”dən şok xəbər: Leandro Andrade 3 milyon avroya gedir!

“Qarabağ”ın əsas azarkeş qrupu olan “İmarət” bir neçə saat əvvəl “feysbuk” hesabında şok xəbər yayıb.

Xəbəri olduğu kimi təqdim edirik:
“Leandro Andrade üçün 3 milyon avroluq təklif gəldi. Çox güman, komandamızdan ayrılan ilk legioner Leandro Andrade olacaq. Çindən gələn sərfəli təklifi geri çevirən ağdamlılar bu dəfə razılıq verməyə məcbur olub. Oyunçunun da getməkdə israrlı olması “Qarabağ”ın ona “yaşıl işıq yandırması” ilə nəticələnib. Əlavə olaraq Marko Yankoviçlə bağlı da təkliflər var, lakin təkliflər komanda üçün uyğun olmayıb”.
Bu xəbəri tirjlamaqla gerçək olduğunu iddia etmirik. Lakin "İmarət"dən saytımıza verilən məlumata görə, bilgi fanklubun klub rəhbərliyiylə əlaqələri olan üzvləri tərəfindən tirajlanıb. Yəqin ki, Qurban Qurbanov sabahkı mətbuat konfransında məsələyə aydınlıq gətirər.
Seçilən
27
1
football-plus.az

2Mənbələr