AZ

Müəllim təmizlik üçün şagirdləri evinə apardı İzmirdə qalmaqal

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin İzmir şəhərində ağılasığmaz hadisə baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, şagirdləri dərs saatlarında təmizlik işləri üçün evə aparan müəllimə qarşı istintaq başlayıb.

Əldə edilən məlumata görə, hadisə 4 noyabr 2025-ci ildə Bornovadakı peşə təhsili mərkəzində baş verib. İddiay görə, məktəbin türk dili və ədəbiyyatı müəllimi D.T., məktəb rəhbərliyinin və ya valideynlərinin xəbəri olmadan altı 16 yaşlı qız şagirdi - Ş.A., E.K., D.D., A.Y., E.N.K. və N.K.-nı dərs saatları ərzində məktəb ərazisindən çıxarıb. Şagirdlər təhlükəsizlik kameralarının görünmədiyi yerdə şəxsi nəqliyyat vasitəsinə mindirilərək müəllimin yeni köçdüyü evə aparılıblar. Valideynlərin şikayətlərində əks olunan iddialara görə, təhsil üçün məktəbə gedən şagirdlər bütün günü müəllimin evində qutular daşımaq, əşyaları qablaşdırmaq və təmizlik işləri görmək məcburiyyətində qalıblar. Şagirdlərin təhsil hüququndan məhrum edildiyi və bu hərəkətin valideynlərin razılığı olmadan həyata keçirildiyi bildirilib.

Həmçinin, günün sonunda şagirdlərin yemək və nəqliyyatla təmin edilmədiyi də vurğulanıb. İzmir Vilayət Milli Təhsil Müdirliyinə müraciətlərində valideynlər müəllimin evində çəkilmiş bəzi fotoşəkilləri sübut kimi təqdim ediblər. Şəkillərdə şagirdlərin olduğu mühitdə siqaret və spirtli içki şüşələri də görünüb. Valideynlərin şikayətindən sonra İzmir Vilayət Milli Təhsil Müdirliyi müəllimə qarşı inzibati araşdırma başladıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
525.az

1Mənbələr