AZ

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik edildi

BAKI, 8 yanvar. TELEQRAF

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi və məlumatlandırma icraatı ilə bağlı məlumatların Dövlət reyestrinə ötürülməsi müddətləri dəqiqləşdirilib və sürətləndirilib. Belə ki, tikinti obyektinin istismarına icazə verildiyi andan, eləcə də tikintinin başa çatması barədə sifarişçi tərəfindən məlumat təqdim edildikdən sonra bu məlumatların dərhal reyestrə daxil edilməsi təmin olunacaq.

Eyni zamanda, tikintilərlə bağlı bəzi məlumatların təqdim edilməsi mexanizmləri sadələşdirilib, o cümlədən sifarişli poçt göndərişi ilə bağlı tələblər ləğv edilib və bir sıra redaktə xarakterli dəyişikliklər aparılıb.

Seçilən
72
3
teleqraf.com

4Mənbələr