AZ

Xırdalanda “Range Rover”in şüşələri və işıqları sındırıldı

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xırdalan sakini evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş şikayətində hadisə zamanı əmlakına 11 000 manat maddi ziyan dəydiyini bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.

Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
21
qafqazinfo.az

10Mənbələr