AZ

Diplomların dublikatının verilməsi qaydası təsdiqlənib

Bakı. Trend:

Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsiqaydası təsdiqlənib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərarimzalayıb.

Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiştəhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və yaməhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza vəelektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunununtələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılandiplomun dublikatı verilir.

Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatınınverilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış vəya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (ocümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxiledir və ərizəni təsdiq edir.

Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə vəmüraciətinin statusunu izləyə bilər.

Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonraməlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır.Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik (“İnzibatiicraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-cimaddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədəməlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onlarındüzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiqetməlidir.

Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul vəmüəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasınınprotokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda),təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtibolunur.

Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günüərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır vəərizəçinin elektron kabinetində yerləşdirilir.

Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (alitəhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisəninhüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu haldaisə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyənetdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiqedilir.

İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışınverilməsi qadağandır.

Seçilən
89
4
az.trend.az

5Mənbələr