ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Nəsimi rayonunda ər-arvad arasında baş verən mübahisə qanlı olayla nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 21-də baş verib. 1974-cü il təvəllüdlü Fatimə həmin gün saat 10 radələrində əri Bəşir (adlar şərtidir – red.) ilə birgə yaşadıqları ünvanda mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış sözlü mübahisə zamanı Bəşirə əvvəlcə əl zərbələri ilə üz nahiyəsindən vurub, sonra isə stolun üzərindən götürdüyü istintaqla müəyyən edilməyən bıçağı qəsdən ərinin üstünə atıb. Bunun nəticəsində Bəşir sol budun deşilmiş-kəsilmiş yarası, sağ alt göz qapağının sıyrığı xəsarətləri alıb. Hadisəni törədən Fatimənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən onu bağışlayıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilib. İş üzrə cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.