AZ

“Qazaxıstanda özümü göstərdim, növbə Azərbaycandadır” – “Araz Naxçıvan”ın baş məşqçisi 

“Araz Naxçıvan” klubunun yeni baş məşqçisi olan ukraynalı mütəxəssis Andrey Demçenko təyinatı və yeni iş yeri barədə danışıb.

İdmanxeber.az təcrübəli çalışdırıcının Ukrayna mətbuatına verdiyi müsahibəni təqdim edir:

– Andrey, “Jenıs”dan ayrılmağınızı necə izah edərdiniz? Axı komanda sizin dövrünüzdə irəliləyiş göstərirdi.

– Bizim şifahi razılaşmamız var idi ki, komandanı düşmə zonasından çıxaraq. Müqavilə mövsümün sonunadək idi. Mövsüm bitəndən sonra klub müqaviləni uzada da bilərdi, uzatmaya da bilərdi – bu, onların hüququ idi. Rəhbərlik ikinci variantı seçdi. Buna baxmayaraq, komandanın və məşqçilər korpusunun işi ilə qürur duyuram. “Jenıs” 14 oyunluq məğlubiyyətsiz seriya keçirdi və 6-cı pilləyə yüksəldi. Daha yaxşı da ola bilərdi, lakin bəzi oyunlarda şans bizdən yana olmadı.

Azərbaycan “Araz”ına təyinatınızı nə ilə əsaslandıra bilərsiniz?

– Bu mənim üçün yeni çağırışdır. Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış edir, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Neftçi” kimi güclü komandalar var. Burada işləmək üçün yaxşı perspektiv gördüm və bu mənə çox maraqlıdır. Qazaxıstanda oldum, hər şeyi gördüm, özümü göstərdim (gülür). İndi isə növbə Azərbaycandadır. Məşqçi üçün ən vacibi fasiləsiz işləməkdir.

Ukraynalı futbolçu və ya məşqçi xarici çempionata gedəndə bu, avtomatik olaraq mətbuatın diqqətini cəlb edir. Ona görə də 31 yanvarı səbirsizliklə gözləyirik…

– İşarənizi başa düşdüm (gülür). Söhbət Yuri Vernidubun çalışdırdığı “Neftçi” ilə oyundan gedir. General olmağı arzulamayan əsgər pis əsgərdir. Yuri Nikolayeviç peşəkarlığını ən yüksək səviyyədə sübut edib. Təkcə Çempionlar Liqasında Madrid “Real”ını məğlub etməsini xatırlatmaq kifayətdir. Təcrübəli məşqçi və onun komandası ilə rəqabət aparmaq həmişə maraqlıdır. Görüşümüzü səbirsizliklə gözləyirəm.

Seçilən
23
idmanxeber.az

1Mənbələr