AZ

Rusiyaya getmək istəyənlərə bəd xəbər: Qərar dəyişdi

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın gələcəkdə Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş qanun layihələri parlamentə təqdim olunacaq.

Avtosfer.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Qeyd edək ki, yeni təkliflərə əsasən, ölkəyə üç aydan çox müddətə gələn bütün əcnəbilər üçün məcburi tibbi müayinə müddəti 90 gündən 30 günə endiriləcək. Tibb müəssisələri müayinələrin nəticələri barədə dərhal Daxili İşlər Nazirliyinə və aşkar edilmiş hər hansı yoluxucu xəstəliklər barədə “Rospotrebnadzor”a məlumat verməlidir ki, bu da qayda pozanların deportasiyası da daxil olmaqla, təcili tədbirlərin görülməsinə imkan verəcək. Bundan əlavə, qanun layihələri tibbi müayinədən yayınmaya görə inzibati məsuliyyəti, o cümlədən cərimələri və məhkəmə qərarı ilə deportasiya ehtimalını nəzərdə tutur.

Tibbi sənədlərin saxtalaşdırılması və onların dövriyyəsinə görə sərt cinayət məsuliyyətinin tətbiqi də müzakirə olunur. (Axar.az)

Oxunub 82

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
avtosfer.az

1Mənbələr