AZ

Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

Bakı.Trend:

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdənbiri evinin qarşısında saxladığı “Range Rover” markalıavtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçininnəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığıbarədə polisə məlumat verib.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, o, şikayətində hadisə zamanı əmlakına 11000 manatmaddi ziyan dəydiyini bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunanəməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyiməlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
78
22
az.trend.az

10Mənbələr