AZ

Pakistanla Səudiyyə Ərəbistanı 4 milyard dollarlıq hərbi müqavilə imzalaya bilərlər

ain.az, Ayna saytına istinadən bildirir.

Pakistan Səudiyyə kreditini “JF-17 Thunder” qırıcı təyyarələrinin alınması müqaviləsinə çevirmək üçün danışıqlar aparır

Pakistan və Səudiyyə Ərəbistanı təxminən 2 milyard dollarlıq Səudiyyə kreditini “JF-17 Thunder” qırıcı təyyarələrinin alınması müqaviləsinə çevirmək üçün danışıqlar aparır.

AYNA.AZ-ın “Reuters”ə istinadən məlumatına görə, bu, ötən il iki ölkə arasında qarşılıqlı müdafiə müqaviləsinin imzalanmasından sonra Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın daha da dərinləşməsini göstərir.

Danışıqlar Pakistanın üzləşdiyi ciddi maliyyə çətinlikləri və Səudiyyə Ərəbistanının ABŞ-ın Yaxın Şərqdəki təhlükəsizlik öhdəlikləri ilə bağlı qeyri-müəyyənlik fonunda tərəfdaşlığını yenidən qiymətləndirdiyi bir vaxtda keçirilir.

Mənbələrə görə, müqavilənin ümumi dəyəri 4 milyard dollara çata bilər.

“JF-17 Thunder2 qırıcı təyyarələri Pakistan və Çin tərəfindən birgə hazırlanıb və Pakistanda istehsal olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
ayna.az

1Mənbələr