İranda daha iki polis əməkdaşı ÖLDÜRÜLÜB
Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, Dehqan etirazçıları dağıtmağa çalışarkən Ərqavan meydanında bıçaqlanaraq həyatını itirib. Eyni zamanda, Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polis məmuru Mənsur Həqiqət güllələnərək öldürülüb. Silahlı Ceyş əl-Ədl qruplaşması qətllərə görə məsuliyyəti üzərinə götürüb.