AZ

Elçibəyin köməkçisindən Nemət Pənahlıya cavab: Onun dedikləri Bəyə yaraşmır

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Meydan hərəkatının liderlərindən Nemət Pənahlı iddia edib ki, həmin vaxt toplanmış təxminən 10 milyon manat vəsait AXC lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy tərəfindən ələ keçirilib.

Onun sözlərinə görə, pulun əksəriyyəti məhz Elçibəyin hesabına mənimsənilib.

Məsələ ilə bağlı mərhum prezidentin köməkçisi Əli Mürsəloğlu ilə əlaqə saxladıq.

Gununsesi.info-ya açıqlamasında Əli Mürsəloğlu bildirib ki, həmin dövrdə Elçibəyin yanında olmayıb:

“Mən o vaxt bəyin yanında olmadığıma görə məlumatım olmayıb. Ancaq bir şey bilirəm ki, bəyin həyatda xoşlamadığı iki şeydən birincisi və birincisi puldur. Yəni bəy mən heç vaxt pula sahib çıxmayıb. Bu barədə kim deyirsə, kökündən yalan deyir. Bir faktı deyim, bu elə yerinə düşdü. Nemət Panahlı bir gün bəyə sifariş gətirmişdir ki, bəylə görüşmək istəyirəm. Bəy də dedi ki, mən elə adamı tanımıram və onunla görüşmək istəmirəm. Bax, belə bir şey olub. Sonra da getdi, başqa yerlərdə məlumat verdi ki, bəy mənə sifariş edib ki, gəl mənlə görüş, mən isə getmək istəmirəm. Onun danışdığı nə varsa yalandır. Düzdür, hərəkatdə olub. Ancaq onu mən qeyri-ciddi adam sayıram. Hətta bir dəfə biz ANS-də dəvət olunmuşduq, bəyə qarşı hörmətsizlik etmişdi. Hər kəs öz əxlaqını göstərir”.

Əli Mürsəloğlu bildirib ki, həmin dövrlərdə onun yanında olmasa da, heç vaxt inanmır ki, bəy belə bir söz söyləsin:

“Elçibəyə pul haqqında nəsə demək gülüncdür. Nemət Panahlının nəfəsi də yalandır. O kimdir ki, bəy haqqında nəsə desin. Onun dövrü bitib artıq. Onlar hamısı xərclənib gediblər. Hardadır hərəkat? Hanı hərəkat? Var hərəkat? Bütün bunların təməlini bəy qoyub, siz kimsiz axı? Biz də çox şeylər eşitmişik. Hətta bu yaxınlarda eşitdim ki, bir nəfər dedi ki, Nemət Panahlı pulları aparıb. Pulu yığan bu olubsa, deməli kiməsə də ondan ala bilməz. 1990-cı illərdə, 20 Yanvar hadisələrindən sonra Nemət Panahlı İrana qaçıb getmişdi. Bunlar hamısı uşaq-muşaqdır. Getsinlər, balıqlarını tutsunlar. Orda-burda şer yazıb musiqi bəstələsinlər özləri üçün. Bu sözlərin heç biri Bəyə yaraşmır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
1
icma.az

2Mənbələr