Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtda dayanma-durma qaydasını pozan sürücü avtomobilini ikinci cərgədə saxlayaraq yolu iflic vəziyyətinə salıb.
Avtosfer.az xəbər verir ki, hadisənin şahidi olan sürücülərdən biri görüntünü lentə alaraq sosial şəbəkədə paylaşıb.
Məlumata görə, 77-RZ-952 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü “qəza işıqlarını yandırmışam, bu halda maşını park edib gedə bilərəm” deyərək nəqliyyat vasitəsini tərk edib. Bu isə həmin istiqamətdə hərəkətdə olan sürücülərin, o cümlədən qarşı tərəfdən gələn avtomobillərin yolunu kəsib və təhlükəli vəziyyət yaradıb.
Belə halların qarşısını almaq üçün xatırladırıq ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunvericiliyinə əsasən, dayanma-durma qaydalarını pozmaq, ikinci cərgədə avtomobil saxlamaq qadağandır və sürücülər inzibati məsuliyyət daşıyır.
Nərmin
Oxunub 162
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.