AZ

Məşhur müğənni Bayhan çətin keçən uşaqlığından danışdı: Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Uşaqlığımla bağlı xatırladığım yeganə şey həmişə ac qalmağımdır".

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, məşhur türkiyəli müğənni Bayhan əvvəllər qatıldığı bir proqramda verdiyi açıqlamalarla yenidən gündəm olub.

"Məhəlləmizi siçanlar basmışdı. Olduqca uzun bir növbə var idi. Bir daxmada bizə bir şey satırdılar və biz də növbədə gözləyirdik. Sonra növbə bizə gəldi. Anam bir şüşə maye aldı və birlikdə evə getdik. Evə çatanda anam mayeni çay fincanına tökdü, bacıma uzatdı. Bacım təbii ki, anamı fikrindən daşındırmağa çalışırdı. Bacım başa düşəcək yaşda idi, məndən dörd yaş böyük idi. Mənə uzatdı və mən də götürdüm. Bacım yenə məni dayandırdı. Nə baş verdiyini anlamırdım onsuz da.

Anam bir qurtum içdi, dadına baxdı. Böyük ehtimal, çox güclü bir zəhər idi. Ağrı çəkərək çölə çıxdı. Anamı bir daha görmədim. Çünki bacım məni çölə buraxmadı. Sonradan, sonrakı illərdə aldığım məlumata görə, anam xəstəxanaya yerləşdirilib, uzun müddət mübarizə aparıb, lakin həyatını xilas etmək mümkün olmayıb", - deyə Bayhan acı xatirələrini bölüşüb.

View this post on Instagram

A post shared by Oxu.Az Türkçe (@oxuazturkce)

"Mən sadəcə həmişə ac olduğumu xatırlayıram. Bir gün çox ac idim. Deyəsən, qonşu bizə bir az süd gətirmişdi. Anam südü qaynatdı, içdim. Çörək doğradı, şəkər qarışdırdı. Belə bir şey xatırlayıram, məsələn. Arabir ağlıma gəlir. Süd, çörək, şəkər və sair. Mən özüm üçün bişirirəm. Belə şeylər yəni. Yoxsulluq içində yaşayan bir uşaq xatırlayıram. Təbii ki, anam da bu və ya digər şəkildə, ən azından həyatda qalmağımızı təmin edəcək dərəcədə bizi ac qoymadı", - deyə müğənni əlavə edib.

View this post on Instagram

A post shared by Oxu.Az Türkçe (@oxuazturkce)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
oxu.az

1Mənbələr