AZ

Daha bir futbolçu Azərbaycana qayıtmağa hazırlaşır

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müdafiəçi Sərtan Taşkın “Serik” klubundan ayrılmağa hazırlaşır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin I Liqa təmsilçisi maliyyə problemləri yaşayır. Klub artıq 4 aydır, oyunçuların maaşlarını verə bilmir.

Bu mövsüm əsas heyətə düşə bilməyən və çempionatda cəmi 10 matça çıxan Sərtan ayrılıq qərarı verib. Azərbaycan Premyer Liqasından 28 yaşlı oyunçuya təkliflər var.

Sərtan böyük ehtimalla yaxın zamanda Azərbaycana qayıdacaq.

Taşkın Premyer Liqada “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” kimi klubların formasını geyinib. O, 2024-cü ilin avqustunda “Sumqayıt”dan “Manisa”ya keçmişdi. Müdafiəçi ötən ilin yayında isə “Serik”lə müqavilə bağlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
futbolpress.az

1Mənbələr