AZ

Tramp bu tarixdə Qəzza Sülh Komitəsini elan edəcək

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs planının ikinci mərhələsinin bir hissəsi olaraq "Qəzza Sülh Komitəsi"ni gələn həftə elan edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Axios" saytı məlumat yayıb.

Sayta danışan amerikalı rəsmilər Trampın gələn həftə "Qəzza Sülh Komitəsi"ni elan edəcəyini və komitəyə təxminən 15 ölkənin liderinin daxil olacağını iddia ediblər.

Rəsmilər bu strukturun "Fələstin texnokratik hökumətinin yaradılmasına və yenidənqurma prosesinə" nəzarət edəcəyini və komitədə iştirak etmək üçün mühüm ölkələrin dəvət edildiyini bildiriblər. Məlumata görə, şurada iştirak etməsi gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə var.

Seçilən
85
publika.az

1Mənbələr