AZ

İranda aksiyalar zamanı 2 min nümayişçi saxlanılıb, 36 nəfər ölüb

İranda davam edən kütləvi etiraz aksiyaları zamanı 2000-dən çox nümayişçi saxlanılıb.

Bu barədə beynəlxalq "Deutsche Welle” telekanalı insan hüquqlarını müdafiə edən "İranda İnsan Hüquqları Aktivistləri” təşkilatına və onun media şəbəkəsi HRANA-ya istinadən məlumat yayıb.

DW yazdığına görə, İranda etirazlar 31 vilayətdən 27-də keçirilir və təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində azı 36 nəfər həlak olub.

Həmçinin HRANA-nın məlumatına görə, nümayişlər zamanı baş verən toqquşmalar nəticəsində 60-dan çox insan yaralanıb.

İran hakimiyyətinin açıqlamasına əsasən, etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələrinin azı iki üzvü ölüb, onlarla əməkdaş isə yaralanıb.

Xatırladaq ki, İranda inflyasiya və milli valyutanın devalvasiyası səbəbindən etiraz aksiyaları və tətillər 28 dekabrda başlayıb.

İranda davam edən etiraz aksiyaları ilə bağlı ABŞ prezidenti Donald Tramp deyib ki, əgər İran hakimiyyəti dinc etirazçılara atəş açsa və onları qətlə yetirsə, Birləşmiş Ştatlar onlara kömək edəcək. Əgər İran dinc etirazçılara atəş açsa və onları zorakılıqla qətlə yetirsə - bu onların adətidir. Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Getməyə hazırıq”, - deyə Tramp "Truth Social" platformasında yazmışdı.
Seçilən
30
7news.az

1Mənbələr