Azərbaycanda ana 4 övladını ataraq evdən qaçıb.
“Yeni Sabah” xəbər verir ki, qadının həyat yoldaşı onu tapmaq üçün uşaqları ilə birlikdə “Təsir dairəsi” verilişinə çıxıb.
Akif adlı bəy həyat yoldaşı ilə barışmaq istədiyini söyləyib. O bildirib ki, həyat yoldaşı Rəşidə xanım uşaqlarını da qoyub çıxıb gedib.
Akif bəy deyib ki, xanımı onun səhvinə görə evi tərk edib: “Rəşidəyə əl qaldırmışam”.
Efirdə gedən müzakirələr zamanı Akif və övladları gözyaşlarına boğulub. Verilişdə atanın övladlarına qulluq etməsi, onlara yemək hazırlaması kimi kadrlar da göstərilib.
Çoxluq isə ananı uşaqlarını atdığı üçün qınayıb.
Aparıcı Lalə Azərtaş efir vasitəsiylə anaya müraciət edib.
Qeyd edək ki, uşaqlar hamısı azyaşlıdır.
Aydan Hacı
Telegram kanalımız