“Rəqib güclüdür, skamyasında yaxşı oyunçular var”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis “Ordu”ya qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb:

“5 xallıq fərqlə uduzduq. Güclü müqavimət göstərdik, hətta sona yaxın önə də keçdik. Amma şans bizdən üz döndərdi. Oyunçulara heç nə demək olmaz, çünki oynadılar, əllərindən gələni etdilər. Yeni götürdüyümüz oyunçu Hüseyn pis çıxış etmədi. Bu sevindirici haldır ki, ilk matçda özünü göstərdi. Gələcəkdə bizə daha çox kömək edəcəyini düşünürəm. Digər oyunçuların hamısına təşəkkür edirəm. Sonluğa yaxın Zaur Paşayevin zədə alması oyuna öz təsirini göstərdi. Hazırda tibbi müayinəyə ehtiyac var. Oyundur hər şey olur. Qalib gələ bilərdik, amma uduzduq. Buna görə məğlubiyyət daha ağırdır”.

Qeyd edək ki, qarşılaşma “Ordu”nun 116:111 hesablı qələbəsi ilə yekunlaşıb.