ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.
Polisin rayon ərazisində keçirdiyi digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Səfər
Oxunub 78
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.