Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovİsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriRonen Krauszla görüşüb.
Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Hökuməti iləİsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən ilnoyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilənməsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikirmübadiləsi aparılıb.
İsrailin “Technion” İnstitutu ilə birgə yaradılan AzərbaycanKibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayındaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan KosmikAgentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI)əməkdaşlığı ilə ölkəmizdə təsis edilən “Vistar” MükəmməllikMərkəzinin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycanla İsrail arasında tərəfdaşlığıngündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi,nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativsahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik,rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrəfəaliyyətin perspektivləri müzakirə edilib.