Bakı, 8 yanvar, AZƏRTAC
ABŞ-ın “ExxonMobil” korporasiyasının törəmə şirkəti olan “ESSO Exploration International Limited” ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən, iki şirkət Qara dəniz və Aralıq dənizində təbii qaz və neft kəşfiyyatı sahəsində əməmkdaşlıq edəcək.
Memorandum çərçivəsində şirkətlər yeni kəşfiyyat sahələrində, eləcə də tərəflərin birgə müəyyən edəcəkləri digər potensial beynəlxalq ərazilərdə neft və təbii qaz axtaracaqlar.